
Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "AST Telman”ın atasının adını daşıyan və 1,4 milyard dollara başa gələn, dünyanın ən dəbdəbəli otellərindən olan yeddiulduzlu "Mardan Palace”a Antalya bələdiyyəsi tərəfindən həbs qoyulub və satışa çıxarılıb.
Xəbərə görə, otel Antalya bələdiyyəsinin 4-cü İcra Müdirliyi tərəfindən iyunun 3-də hərraca çıxarılacaq. Borclara görə həbs edilmiş daşınmaz əmlakın satışını təşkil edən icralik.com saytının idarə heyətinin rəhbəri Emrah Özoral bildirib ki, otelin hazırkı bazar dəyəri 650 milyon TL-dir.
Antalya bələdiyyəsi oteli 325 milyon TL başlanğıc qiymətdən hərraca çıxaracaq..