Bakıda 28 yaşlı kişi itkin düşüb.

Hadisə oktyabrın 5-də paytaxtın Xəzər rayonu, Albalı yaşayış massivində baş verib.

Belə ki, 1991-ci il təvəllüdülü Vasif Hacıyev yaşadığı mənzildən çıxıb və Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "ASAN Xidmət" Mərkəzində Xədicə adlı tanışı ilə görüşüb. O, bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.
.