130-dan çox İŞİD-ə yaxın sayt dağıdılıb
Dünyaca məşhur "Anonymous" adlı xaker qrupu İŞİD terror təşkilatının üzvlərinin bütün hesablarını ələ keçirib. Bizimyol.info xəbər verir ki, Parisdəki terror hadisəsindən sonra İŞİD-ə qarşı mübarizəyə başlayan "Anonymous", 3800-dən çox İŞİD üzvünün "Twitter" və digər hesablarını ələ keçirib. Bundan əlavə 130-dan çox İŞİD-ə yaxın sayt dağıdılıb.
"Islamic Cyber Army" adlı İŞİD-i dəstəkləyən xaker qrupu isə, "Anonymous"-un bundan artığını bacarmayacağını bildirib.
.
