Aşura günü ilə əlaqədar saat 14:00-a qədər 3345-ə yaxın adam qan verib.
Bu barədə Yenizaman.az-a Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. O bildirib ki, Bakıda 9 məsciddə, regionlarda isə 6 məsciddə qanvermə aksiyası davam edir.
Qeyd edək ki, bu gün Aşura ilə bağlı Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları başlayıb.
.
