31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Yeni Zaman partiyası bəyanat yayıb

Bəyanatda deyilir:

“BöyükErmənistan” dövləti qurmaq xülyası ilə yaşayan erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı tarixboyu məqsəd yönlü şəkildə soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti həyata keçirilmiş, xalqımız ağır məhrumiyyətlərə və faciələrə məruz qalmışdır. Bu siyasətin ən dəhşətli təzahürü 1918-ci ilin mart ayından başlayaraq törədilmiş soyqırımı hadisələridir.

Başvermiş soyqırımı aktı nəticəsində Bakı şəhərində, Bakı quberniyasına daxilolan şəhər və qəzalarda, həmçininŞamaxı, Qubaqəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətləyetirilmiş, eləcə də yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar dağıdılmışdır. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndida ğıdılmış, yandırılmış və dinc əhaliyə divan tutulmuşdur.

1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılarda daxilolmaqla, ümumilikdə 50 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Qədim Azərbaycan torpağı olanİ rəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılmış, 132 min azərbaycanlı qətləyetirilmişdir.

Bu soyqırımı aktının baş verdiyi tarixdənbir əsrdən artıq zaman keçməsinə baxmayaraq, o qanlıha disələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz izlər qoyub. 

Beynəlxalq hüquqa əsasən, soyqırımı sülh və insanlıq əlehinə yönəlmiş əməl olmaqla ən ağır cinayət hesabedilir. Təəssüflər olsun ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarına dair kifayət qədərə saslı sübut və dəlillər olsada, bəşəriyyət əleyhinə olan bu cinayətlərə münasibətdə adekvat reaksiya verilməmiş, 

Azərbaycana münasibətdə ikili standartlar nümayişe tdirilmişdir. Bu xüsusda AvropaParlamentitərəfindən Qarabağda guya erməni mədəni irsinin məhv edilməsi ilə bağlı qəbul edilən 2022-ci il 10 mart tarixli qətnamə bir daha ölkəmizə qarşı yönələn qərəzli, ikili standartlara söykənən siyasətin göstəricisi oldu. Beləki, son 30 ilə yaxın davam etmiş işğal müddətində mülki əhaliyə qarşı insanlıq və bəşəriyyət əleyhinə çox saylı cinayətlər törətmiş Ermənistan tərəfindən xalqımıza məxsus tarixi, mədəni və dini abidələr, arxeoloji qazıntı məkanları, kitabxanalar və muzeylər, muzey eksponatları, nadir əlyazmalar, qəbiristanlıqlar məqsədli və sistemli şəkildə dağıdılıb. Bu illər ərzində Azərbaycan tərəfinin dəfələrlə çağırışlar etməsinə baxmayaraq, əlaqədar beynəlxalq təşkilatlar tərəfindən buməsələlərin yerində araşdırılması ilə bağlı hər hansı faktaraşdırıcı missiya göndərilməmişdir.

Uzunillərdir Ermənistanın Azərbaycan xalqına qarşı törətmiş olduğu etniktəmizləmə, soyqırımı cinayətləri ilə bərabər, mədəni irsimizə qarşı vandalism aktlarına da hər hansı reaksiyanın verilməməsi dövlətlərə münasibətdə ayrı-seçkilik və laqeydliyin göstəricisi olmaqla, beynəlxalq humanitar hüquq prinsiplərinədə ziddir.

Hesab edirik ki, beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti mülki əhaliyə  qarşıtörədilmiş cinayətlərin araşdırılması, eləcədə azərbaycanlılara məxsus mədəni irsnümunələrinin məhve dilməsiilə bağlı real fakt və sübutlara əsaslanan hallara münasibətdə ədalətli mövqe nümayiş etdirməli və şəffaf yanaşma sərgiləməlidir.

Birdaha azərbaycanlılara qarşı törədilən soyqırımıqurbanlarının əziz xatirəsinid ərinhüznlə anır, insane hüquqlarının qorunması vəgələcəkdə bu kimi halların təkrarlanmaması naminə dünya ictimaiyyətini, beynəlxalq təşkilatları busoyqırımı aktına lazımi siyasi-hüquqi qiymət verməyə çağırırıq".

Yeni Zaman partiyasının Mərkəzi Şurası
 

.