Mayın 24-də Bakıda və Abşeron yarımadasında havanın  dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər zəif duman olacağı, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi axşam şimal qərb küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə  14-17, gündüz 24-28, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacaq.  
 
Sabah Azərbaycanın rayonlarında havanın gündüz əsasən yağmursuz olacağı, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.
 
Havanın temperaturu Aran rayonlarında gecə  13-18, gündüz 26-31 dərəcə isti, dağlıq rayonlarda gecə 7-12,  gündüz  15-20 dərəcə isti olacaq.
 
.