Şamaxıda və Hacıqabulda sahibkarlar icra başçılarının əlindən cana gəlib

Şamaxı və Hacıqabul rayonu ərazisində olan 50 min hektara yaxın qış otlaq sahələri,təyinatı dəyişdirilmək adı ilə, hər iki rayonun rəhbərləri tərəfindən qanunsuz olaraq alver mənbəyinə çevrilib. Həmin ərazidə 300-ə yaxin sahibkara, 500 dən artiq ailəyə məxsus olan təxminən 200 min baş civarında xırdabuynuzlu heyvan,10 min başa qədər iribuynuzlu heyvandarlığın taleyi Allahın ümüdinə qalıb”

Bu sözləri Şamaxı rayonu Quşçu kəndindən olan sahibkar Zahir Məmmədli öz facebook səhifəsində yazıb. Statusda daha sonra yazılır: "Hər iki rayonun rəhbərliyi tərəfindən, biz sahibkarları ayrı-ayrılıqda rayon icra hakimiyyətinə çagıraraq, heç bir hesablanma və dəyərləndirmə əməliyatı aparılmadan tələb edirlər ki, icarənizdə olan torpaqlardan yazılı şəkildə imtina edin.Əks halda həmin ərazilər sizdən məcburi qaydada alınacaqdır.Hər bir sahibkarın təxminən 550 min manat dəyərində olan əmlakına, 25 min manata yaxın pul təklif edirlər. Yuxarıda göstərilən rayon rəhbərləri, biz sahibkarlari tamamilə əmlaksızlaşdırıb proletar təbəqəsi yaradırlar.Ona görə də biz- proletarları birləşməyə çagırıram”.

Zahir Məmmədli özü bizimyol.info portalına açıqlamasında bildirib ki, o, kənd təsərrüfatı naziri Heydər Əsədovla da görüşüb: "Nazir rayonda qəbul keçirərkən onunla görüşdüm. Bildirdim ki, bizim əmlakımızı əlimizdən alırlar. Bizi mflisləşdirirlər. Bu, qanuazidd addımdır. O isə əvəzində: "Narahat olmayın, halallıq veriləcək” dedi. Çox təəccübləndim ki, nazir də qanunlardan deyil, halallıqdan danışır. Eyni sözü icra başçısı da deyir. Çox qəribədir, dövlət strukturlarında yüksək vəzifə tutan adamlar qanunları bir yana qoyub, az qala dini kateqoriya və anlayışlardan istifadə edirlər. Bu da bir yana qalsın, 550 min manatlıq əmlakı sahibkarın əlindən alıb, əvəzində 25 min manat təklif edirlər və bunu "halallıq” adlandırırlar. Bir əmlakın bazar dəyərindən 22 dəfə az məbləğdə kompensasiya təklif etmək halallıqdırsa, onda görəsən haramçılıq necə olur?!” 

Zahir Məmmədli deyir ki, bütün instansiyalara, o cümlədən, ölkə prezidentinə müraciət ediblər. Ancaq hələ ki bir nəticəsi olmayıb.

Bizimyol.info    
.