“Gözlənilən odur ki, ilkin olaraq 300-dək şəxsin şagird sayı 500-dək olan məktəblərə direktor təyinatı aparılsın”.
Bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
Mərkəz direktoru bildirib ki, şagird sayı 500-dən yuxarı olan məktəblərin sayı elə də çox deyil:
"Qoyulan hədəflər ondan ibarətdir ki, yeni tədris ilində artıq bütün məktəblərin vakant olan direktor vəzifələri tutulsun".
.