“Postmüharibə dövründə 3 min qaziyə əlillik təyin edilib”.

Bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.

Anar Bayramov bildirib ki, son 3 ildə 160 mindən çox şəxsə əlillik təyin edilib.

Onun sözlərinə görə, müharibədən sonra aidiyyəti qurumların nümayəndələrindən ibarət Komissiya müharibədə yaralanmış qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativ sənədləşdirmə işlərini yerinə yetirib: “Yekun mərhələ kimi, Agentlik müalicə müddəti başa çatmış qazilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsini aparıb, artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub”.

.