ABŞ-ın Havanadakı səfirliyində qəribə hadisə yaşanıb.
Səfirliyin 21 diplomatı qəflətən xəstələnib. Diplomatların eşitmələrində bilinməyən bir səbəbdən problemlər yaranıb.
Aralarında diplomatların ailə üzvlərinin də olduğu 21 nəfər eşitmə problem ilə yanaşı, beyin sarsıntısı, şiddətli baş ağrısı və ürək bulantısı kimi narahatlıqlar keçirib.
ABŞ-ın xarici işlər naziri Reks Tillerson məsələ ilə bağlı açıqlama verib. O, hökumətin səfirliyi bağlayacağı haqqında müzakirələrə başladığını deyib.
Diplomatların eşitmə əngəli yaradan sonik cihazlarının təsirinə məruz qaldığı ehtimal edilir.
.
