Növbəti Ümumdünya Şəhər Forumu (WUF13) və Ümumdünya Ətraf Mühit Günü 2026-cı ildə Azərbaycanda keçiriləcək.

Bunu COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyev deyib.

“Azərbaycan qürurla 2026-cı ildə keçiriləcək WUF13-ə ev sahibliyi edəcək və biz Şəhər İqlim Fəaliyyəti üzrə Xüsusi Nümayəndə institutunu təsis etməkdən və öhdəliklərimizin əyani nəticələr yaratmasına yönəlik praktiki tədbirlər görməkdən məmnun olacağıq. Bu baxımdan mən Bakı Davamlılıq Koalisiyasının yaradılmasını xüsusi olaraq vurğulamağıma qürur duyuram. Biz bu qrupdakı həmkarlarımıza - Misir, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və BMT-Habitat-a təşəkkürümüzü bildiririk” - Anar Quliyev əlavə edib.

.