“Bu gün əsasən iki ictimai nəqliyyat var, metro və avtobus. 2025-ci ilə qədər qarşıya qoyulan hədəflərdə ictimai nəqliyyatın sayının artırılması nəzərdə tutulub”. 

Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, ötən il pandemiya ilə əlaqədar metro fəaliyyət göstərməyib, əsasən avtobuslardan istifadə olunub: “Ümumilikdə 5 il ərzində avtobusların 46 faizi yenilənib. Bu il də tender keçirilib, bu il və gələn il ümumilikdə 320 avtobusun gətirilməsi nəzərdə tutulub. Bunların bəziləri 9, bəziləri 18 metrlikdir, əsasən Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərəcək. Son 5 ildə 1680 avtobus da təmir olunub. Ümumilikdə gündəlik avtobuslarla 2 milyon 200 min insan daşınır”.

Vüsal Kərimli: "2015-ci ildən indiyədək 968 avtobus yenilənib"

“İqtisadiyyatın inkişafı ilə şəhər nəqliyyatında da dayanıqlı inkişaf olub. Bakı Nəqliyyat Agentliyinin əsas işi gün ərzində ictimai nəqliyyatla hərəkət edən insanların evlərinə rahat çata bilməsidir”. 

Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, BNA 5 il müddətində ictimai nəqliyyatın inkişafını həyata keçirib: “Avtobus parkı 2015-ci ildən ciddi fərqlənir. Həmin ildən bugünədək yenilənən avtobus sayı 968 olub (724 ədədi dövlət, 244 ədədi özəl), ötən il isə 119 avtobus (115 ədədi dövlət, 4 ədədi özəl) yenilənib. Hər gün yeni avtobuslarla gündəlik 630 mindən çox sərnişin daşınır”.

.