“France Football” nəşri 2020-ci ildə koronavirus pandemiyasına görə “Qızıl top” mükafatının verilməyəcəyini açıqlayıb.

Bu barədə jurnalın “Twitter” hesabında qeyd olunub.

Nüfuzlu fərdi mükafatın təltif edilməsi tarixi ərzində ilk dəfə 2020-ci ildə “Qızıl top” sahibini tapmayacaq.

Nəşr qeyd edib ki, uzunmüddətli fasilə və bəzi ölkələrdə mövsümün vaxtından əvvəl başa çatması namizədləri obyektiv qiymətləndirməyə imkan vermir.

.