FİFA İngiltərənin paytaxtı Londonda ötən ilin ən yaxşılarını mükafatlandırır.

"Palladium” teatrında keçirilən "The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olur.
Əvvəlcə 2017-ci ilin ən yaxşı qolu nominasiyasında qalib müəyyənləşib. Ardınca isə ilin ən yaxşı baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Madrid "Real”ının baş məşqçisi Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib.
Qeyd edək ki, Zidan ötən mövsüm "Real”la İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olub.

İlin ən yaxşı kişi futbolçusu adına portuqaliyalı Kriştianu Ronaldo ("Real Madrid”, İspaniya), argentinalı Lionel Messi ("Barselona”, İspaniya) və braziliyalı Neymar (PSJ, Fransa) iddia edirdilər.
Qalibi açıqlamaq isə dünya futbolunun iki əfsanəsi Dieqo Maradona və Ronaldo Luis Nazarioya həvalə olunub. Onlara FİFA prezidenti Cianno İnfantino da qoşulub.
Ən çox səs toplayaraq digər iki rəqibini geridə qoyan Kristiano Ronaldo mükafata sahib çıxıb.

Budəfəki tədbirdə ilk dəfə olaraq ən yaxşı qapıçılar da seçilib.
İtaliya millisinin və "Yuventus”un qapıçısı Canluici Buffon əsas rəqibləri Keylor Navas ("Real Madrid”, İspaniya) və Manuel Noyeri ("Bavariya”, Almaniya) qabaqlayıb.
Qeyd edək ki, Buffon "Yuventus”la ötən mövsüm A seriyasında çempion olub.
.