180 min insan bu silahlı münaqişələrin qurbanı olub

Yer kürəsində 2014-cü ildə baş verən silahlı münaqişələr 14 trilyon dollara başa gəlib. Bu barədə Avstraliyanın İqtisadiyyat və Dünya İnstitutunun məruzəsində deyilir. Bu məbləğ ümumdünya ÜDM-nin 13,4%-nə müvafiqdir. 2008-ci illə müqayisədə müharibəyə xərclər 15,3% artıb. Silahlı münaqişələrin qurbanları ötən ildə 180 min nəfər olub, daha 20 min insan isə terror aktları nəticəsində həlak olub. Bu, 2010-cu ildə olan göstəricidən üç dəfə çoxdur.
Ümumilikdə Yaxın Şərq və Şimali Afrika dünyada ən təhlükəli region hesab edilir. Burada "münaqişələr nəzarətdən çıxaraq terror təhlükəsini qonşu ölkələrə yansıdır”.
Silahlı münaqişələr nəticəsində 50 milyon insan doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıblar. Bu, İkinci Dünya Müharibəsi bitdikdən sonra qeyd olunan ən yüksək göstəricidir.
İnstitut ekspertlərinin nəticəsinə görə, dünyada sülhün bərqərar olduğu region Avropadır. Ən yüksək qiymətə isə Danimarka, Avstriya və İsveçrə layiq görülüb.

.