2 ailədə nadir tapılan xəstəlik müşahidə olunub

9,707 oxunub

"Azərbaycanda iki ailədə bruqada sindromu (qəfləti ürək dayanması) müşahidə olunub”.

"Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının müdir əvəzi İsax Mustafayev deyib.

Onun sözlərinə görə, nadir rast gəlinən xəstəliklərdən və patologiyalardan biri də bruqada sindromudur: "Bu sindrom genetik olaraq nəsildən-nəsilə keçərək müxtəlif həyati təhlükə aritmiyaları törədə bilir. Aritmiyalar ürək dayanması ilə bərabər qəfləti ölümə gətirib çıxara bilər. Azərbaycanda iki belə ailə olub. 18 yaşında gənc qız çox ağır bayılma epizodu ilə bizə müraciət etmişdi. Həmin qızda kliniki və laborator müayinələrdə patologiya aşkar olunmayıb, yəni bayılma baş verdikdən sonra tez müddətə ayıldığı üçün ailəyə qorxulu bir şey olmadığı ilə bağlı təsəlli verdim. Atası ciddi şəkildə xəbərdarlıq etdi ki, onun həyat yoldaşı 45 yaşında yuxuda ürəyi dayanaraq dünyasını dəyişib. Ötən il isə oğlu 17 yaşında eyni səbəbdən vəfat edib. Qızın təkrar ürək elektrokardioqramasına baxanda sindromun göstəricilərini müşahidə etdik”.

İ.Mustafayev qeyd edib ki, bruqada sindromu ürəkdə heç bir struktur patologiyası olmayan insanlarda müşahidə olunan anadangəlmə kanalopatiyadır, autosom-dominant tip irsiyyətlə örtürülür: "Sindromun yayılmasının həqiqi göstəriciləri məlum deyil. Amma ümumi məlumatlara əsasən Uzaq Şərqdə və Cənubi Şərqi Asiyada bu sindrom daha çox yayılıb. Müasir məlumatlara görə, bruqada sindromu izaholunmaz qəfləti ölümlərin 4-12 faizini təşkil edir. Strukturu normal ürəkdə baş verən qəfləti ölümün isə 20 faizinin əsas səbəbi bu sindromdur. Kişilərdə qadınlara nisbətən bu sindroma yoluxma 8-10 dəfə çox olur. Sindrom olan xəstələrdə dərman müalicəsindən geniş istifadə olunmur. Çünki bu patalogiya zamanı ölümü ciddi azaldan dərman preparatı hələlik icad olunmayıb".

Mütəxəssis vurğulayıb ki, sindromun aradan götürülməsi üçün ən effektiv metod elektroimpuls terapiyası (EİT) hesab edilir: "Əgər xəstənin anamnezində (xəstəliyin tarixçəsi) qəfləti ölüm halı olubsa və ya tez-tez bayılmalar olursa, ona mütləq şəkildə implanta olunan kardivertor deffibulyator (İSD) aparatı qoşulmalıdır. Bu müalicə üsulu Azərbaycanda uğurla icra olunur. Həmin qız müvafiq aparata qoşulduqdan sonra ölüm halı baş vermədi. Bu sindrom uşaqlıq yaşından başlayaraq özünü büruzə verə bilər. Müalicə olunmadıqda xəstə 30-40 yaşlarında ölə bilər”.

.
XƏBƏRLƏR 25-09-2026
18:12 TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı keçirilib
18:10 Marko Rubio 100-dən çox ABŞ şirkətini təmsil edən nümayəndə heyəti ilə Özbəkistana gedəcək
18:03 Daşkənddə TBNM-in inkişafına dair konfrans keçiriləcək
17:34 2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
17:25 Azərbaycandan Afrikaya çarter reyslərinin təşkili nəzərdə tutulur
17:20 Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir
17:15 Rüfət Mahmud: İçərişəhərdə səs siqnallarından istifadə mühiti pozur, bunun üzərində işləyirik
17:06 Avtomobillərin mühafizə olunan duracaqlara gətirilməsi və saxlanılması üçün haqq müəyyənləşib
17:01 Sahil Babayev: Azad edilmiş ərazilərin yenidən qurulmasına 25 mlrd. manat vəsait ayrılıb
16:55 “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” 2032–2040-cı illərdə istismara veriləcək
16:50 XİN Gürcüstan Patriarxlığına erməni kilsəsinin yanaşmalarını təkrarlamamağı məsləhət görüb: Kürmük məbədinə dair açıqlama qəbuledilməzdir 
16:37 Bağdad Amreyev: Azərbaycan türk dünyasının iki böyük hissəsini birləşdirən əsas ölkələrdən biridir
16:35 Mikheil Khidureli: Azərbaycan qazı 16 ölkənin enerji təchizatında mühüm rol oynayır
16:29 Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
15:57 Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
Təqvim