Daşkəsəndə 15 yaşlı qızın özünü öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq istintaq hərəkətləri həyata keçirilir.

Qeyd edək ki, hadisə rayonun Qabaqtəpə kəndində qeydə alınıb. Kənd sakini, 2007-ci ildə anadan olmuş Həsənova Günel Əli qızı yaşadığı evdə odlu silahdan açılan atəş nəticəsində ölüb.

.