Bakıda 11 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib

Bakının Ziya Bünyadov prospektində baş vermiş yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 3-ü bir ailənin üzvləridir. Nərimanov Rayon Polis İdarəsində APA-ya verilən məlumata görə, qəza nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü, 30 yaşlı Məmmədov Ruslan Firuz oğlu, "Opel" markalı avtomobilin sürücüsü Zeynal Zeynalov, onun həyat yoldaşı Könül Abdullayeva və 5 yaşlı qızı Nuranə Zeynalova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdiriliblər.
.