Külli miqdarda narkotik vasitənin ölkədən çıxarılmasının qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, gömrükçülərin keçirdiyi əməliyyat nəticəsində 107 kiloqramdan artıq narkotik vasitə olan heroinin qaçaqmalçılıq yolu ilə ölkənin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

.