
"AnTuTu” bençmarkı 2017-ci ilin iyun ayı üçün 10 ən güclü smartfonların siyahısını dərc edib.
İKT.lent.az-ın Rueconomics.ru saytına istinadən verdiyi məlumata görə, siyahının lideri Çinin "OnePlus 5” cihazı olub.
"AnTuTu”nun yenilənmiş siyahısında "OnePlus 5” 181 879 bal toplayıb ki, bu da bençmarkın yeni maksimum göstəricisi olub.
İkinci yeri də Çin şirkəti tutub. "ZTE Nubia Z17” smartfonu 179 072 bal toplayıb.
Sonrakı yerdə 174 729 balla HTC U11 modeli qərarlaşıb. "Samsung Galaxy S8+” 171 703, "Xiaomi Mi6” isə 170 255 bal toplaya biliblər.
Reytinqin əvvəlki lideri "iPhone 7 Plus” smartfonu 170 177 balla yalnız altıncı yeri tutub. Onun ardınca 165 835 balla "Sony Xperia XZ Premium” və 160 589 balla "iPhone 7” tutur. Siyahını müvafiq olaraq 160 331 və 159 727 ballarla "Samsung Galaxy S8” və "OnePlus 3T” smartfonları qapayırlar.
Yayın əsas trendi 2017-ci ildə Çin flaqmanlarının "uçuşu” olub ki, onlar da gücünə görə "Apple” və "Samsung” cihazlarını geridə qoyublar. Ancaq "iPhone” fanatları əmin ola bilərlər ki, bu ilin sentyabr ayında satışa çıxarılacaq səkkizinci nəsil cihaz bu siyahıda ilk yerlərdən birini tutacaq.