Sülh prosesini institusionallaşdırmaqla yanaşı, Ermənistan hökumətinin daha bir prioriteti Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasıdır.

“News.am” xəbər verir ki, bu barədə Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə konfransda bildirib.

Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə sərhədlərinin açılması üçün bütün lazımi hazırlıqları görüb.

Qriqoryan qeyd edib ki, sərhədlərin açılması iqtisadiyyatlara qarşılıqlı fayda gətirə bilər.

.