Putin: Ərdoğanın siyasi iradəsi Rusiya-Türkiyə münasibətlərinin inkişafına kömək edir

"Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın siyasi iradəsi Rusiya-Türkiyə münasibətlərinin inkişafına kömək edir. Bu münasibətlərə kimin mane olduğu hamıya məlumdur".

Bunu Rusiya Prezidenti Vladimir Putin Astanada ŞƏT sammitindən sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Bizə kimin maneə olduğu yaxşı məlumdur, lakin cənab Ərdoğanın siyasi iradəsi kömək edir”, - deyə Putin vurğulayıb.

O, Ərdoğanla qarşılıqlı hesablaşmalar, enerji məsələləri, taxıl və metal tədarükü məsələlərini müzakirə etdiyini söyləyib və iki ölkə arasında bütün məsələlərin həll oluna biləcəyini qeyd edib.
 

.