Bank VTB (Azərbaycan) artıq üçüncü ildir ki, aztəminatlı ailələrdən və sığınacaqlardan olan uşaqlar üçün “Yay düşərgəsi” təşkil edir. Bakıdakı Rus Evi, GİD CSR Consulting və Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan yeparxiyası ilə birlikdə VTB Bakıdakı bazar günü məktəblilərini və “Təmiz dünya” sığınacağının balaca sakinlərini bir araya topladı. Budəfəki ikigünlük uşaq düşərgə “Maricel Astara Resort”da təşkil olunmuşdur. 

Artıq ənənə halını almış layihənin proqramına əsasən uşaqlar üçün intellektual və idman oyunları, maliyyə savadlılığına dair qısa mühazirələr və faydalı master-klaslarkeçirildi. Təlimvəoyunlarzamanıgənciştirakçılarpulunroluvəşəxsibüdcəninaparılmasıprinsiplərihaqqındaməlumatəldəedib, əsas bank məhsulları ilə, həmçinin marketinqin əsasları ilət anış oldular. 
Layihənin sonunda VTB (Azərbaycan)-ın İdarəHeyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin DirektoruY.Borodin, VTB (Azərbaycan)-ın Reklam, Marketinq və Xüsusi Layihələr şöbəsinin rəhbəri K.Danyalova, Bakıdakı Rus Evinin rəhbəriİ.Zinnurov,  həmçinin Müqəddəs Arxangel Kilsəsinin başkeşişi Mefodiyata uşaqlara xatirə hədiyyələri təqdim etdilər.
 

.