"Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycan əhəmiyyətli nəqliyyat və logistika mərkəzinə çevrilir.

Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Bakıda keçirilən "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin inkişaf perspektivlərinə dair Azərbaycan, Rusiya və İran rəsmilərinin iştirakı ilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bu ilin 8 ayında dəhlizlər üzrə tranzit yükdaşımaları 47% artıb.

.