Türkiyıdı səfərdə olan bir qrup Vətən müharibəısi qazisi İstanbulda bir qrup mədəniyyət xadimləri ilə görüşüb.

Səfərin təçkilatçısı "Qardaşlığımız əbədidir" QHT Koalisoyasının sədri Emin Həsənlinin Herbiand.az-a verdiyi məlumata görə, qazilərin "Kurtlar Vadisi" setialından Azərbaycan tamaşaçısına yaxşı tanış olan, Süleyman Çakır obrazını yaratmış  Oktay Kaynarcayla görüş istəyi də reallaşıb.

İlk görüşə İstanbuldan kənarda olduğöu üçün qatıla bilməyən Oktay Kaynarcaya qazilərlə görüşmək üçün 3 gün vaxt verilib.

Bu mesajdan sonra İstanbula qayıdan Oktay Kaynarca qazilərimizlə görüşüb. Çox səmimi keçən görüşdə sənətçi müzaffər Azərbaycan əsgərinə öz sayğı və məhıəbbətini bildirib. Onun Azərbaycanda çox sevildiyi və bu görüşün xoş bir xatirə kimi yaddaşlarda qalacağı Oktay Kaynarcanın diqqətinə çatdırılıb.

Baş vermiş bu olay Türkiyı mediasında “Azərbaycanlı qazzilər Çakıra racon kəsdi” başlığı ilə mançet xəbər olub.

Azərbaycan qziləinin Türkiyə ordusunun komandanıları ilə görüşü davam edir

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyəyə səfər edən Azərbaycan qazilərindən ibarət nümayəndə heyətinin növbəti görüşləri İstanbul şəhərində davam edib.

Herbiand.az xəbər verir ki,  İstanbulda qazilərimiz Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu Komandanı general-polkovnik Kemal Yeni ilə görüşdülər.

Ordu Komandan general-polkovnik Kemal Yeni Azərbaycan qazilərini Qarabağda qazanılan qələbə münasibətilə təbrik etdi və qzanılmış zəfərin Türk millətinin başını uca etdiyini vurğuladı.

Nümayəndə heyətinin rəhbəri, "Qardaşlığımız əbədidir" QHT Koalisoyasının  və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli hörmət və ehtiramlı qarşılanma üçün Ordu Komandanına təşəkkür bildirdi. Emin Həsənli Azərbaycan və Türk ordularının əməkdaşlığının Türk millətinin işıqlı sabahının qarantı olduğunu bildirdi və vurğuladı ki, Qardabaga qələbə bütün Türklərin qələbəsidir.

.