Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.

"TASS" verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsini müzakirə ediblər:

"Qazaxıstan Prezidenti Rusiyanın Dağlıq Qarabağ münaqişəsi zonasında atəşi və hərbi əməliyyatları dayandırmaq səylərinin effektivliyini qeyd edib".

Qeyd edilir ki, hər iki tərəf noyabrın 9-u əldə olunan tədbirlər kompleksini yüksək qiymətləndirib.

.