“Gürcüstan quru sərhədlərini açmağı planlaşdırmır”.

Bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxaria jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hökumət bu sahədə tez qərar vermək istəmir.

“Biz beynəlxalq şirkətlərə, nəqliyyat şirkətlərinə böyük rahatlıq təqdim etmişik. Yük maşını sürücülərinin sağlamlıq vəziyyətini ölkədə qalmalı olduqları təqdirdə 72 saat boyunca müşahidə edirik. Nəzarət kifayət qədər effektivdir, amma biz hələlik quru sərhədlərimizi açmağı planlaşdırmırıq”, - deyə Baş Nazir vurğulayıb.

.