İdman gimnastikası üzrə həm kişilər, həm də qadınlar arasında Avropa çempionatı bu il Bakıda keçiriləcək.
Avropa Gimnastikasının rəsmi saytı xəbər verir ki, kişilərin mübarizəsi 9 - 13 dekabrda, qadınların yarış 17 - 20 dekabrda olacaq. Hər iki çempionat Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
Bundan başqa Ukraynanın paytaxtı Kiyevdə keçirilməli olan bədii gimnastika üzrə Avropa çempionatı 26 - 29 noyabra təxirə salınıb.
Qeyd edək ki, idman gimnastikası üzrə kişilər arasında Avropa çempionatı 27 - 31 mayda Bakıda, qadınların analoji yarışı 30 aprel - 3 mayda Fransanın paytaxtı Parisdə, bədii gimnastların qitə çempionatı isə 21 - 24 mayda nəzərdə tutulmuşdu.
.