"Son günlərdə sərnişinlər xüsusi karantin rejiminə məsuliyyətsiz yanaşır. Bu da nəticə etibarı ilə beynəlxalq mediada, həm də ÜST tövsiyələrində deyildiyi kimi, ikinci dalğanın olması ehtimalını yüksəldir".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. 

Onun sözlərinə görə, son günlərdə sıxlıq müşahidə olunur: "Bu isə xoşagəlməz hadisələrə gətirib çıxara bilər. Bir həftə əvvəlki nəqliyyat axını ilə bugünkü arasında 10-12 faiz artım müşahidə olunur". 

Pandemiya dövründə Bakıda sərnişin avtobusları ilə 20 milyon 652 min sərnişin daşınıb

Pandemiya dövründə Bakıda sərnişin avtobusları ilə 20 milyon 652 min sərnişin daşınıb.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, metronun fəaliyyəti məhdudlaşdırılandan sonra Exspres avtobuslarla 944 min sərnişin daşınıb: "Yeni alınmış 300 avtobus fəaliyyətə başlayıb. İstifadəmizdə 18 metrlik avtobuslar da var. Avtobuslarda gündəlik olaraq dezinfeksiya işləri aparılır, sürücülər qorunma vasitəsilə təchiz olunur. Daşıyıcılara da məlumatlar göndərilir. Avtobuslarda şəffaf kabinalar yaradılır".

.