Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” qərar verib.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə aşağıda göstərilən sahələrdə və istiqamətlərdə xüsusi sanitar rejim tətbiq ediləcək:

- qida məhsullarının ticarəti üzrə fəaliyyət;

- ictimai-iaşə müəssisələrinin fəaliyyəti;

- turizm və hotelçilik fəaliyyəti;

- ictimai nəqliyyatın fəaliyyəti;

 - vətəndaşların qəbulunu həyata keçirən qurumların fəaliyyəti;

- müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti.

Qərara əsasən, Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun tələblərinə uyğun olaraq aşağıdakı metodiki göstərişləri təsdiq etməlidir:

 - “Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

- “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

- “Turizm və hotelçilik sektorunda koronavirus (COVID19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

- “İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

- “Vətəndaşların qəbulunu həyata keçirən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

 - “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər”.

 

.