:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

YAP koronavirus təhlükəsinə qarşı mübarizədə "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyasını davam etdirir

Font

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiya partiyanın rayon və şəhər təşkilatlarının fəal üzvləri tərəfindən davam etdirilir. Məqsəd əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin fəal üzvləri 20 mart tarixindən keçirilən aksiyanı növbəti günlərdə də davam etdirərək Pirallahı qəsəbəsində əhali arasında maarifləndirmə işinin davam etdirilməsi istiqamətində kimsəsiz, tənha qocaların evlərini ziyarət etmiş, dünyanı ciddi təşvişə salan, minlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar tibbi vasitələr paylamışlar. Aksiyanın 29 mart 2020-ci il tarixinədək davam etdirilməsi nəzərdə tutulmuşdur.