:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gürcüstanda fövqəladə vəziyyət elan olundu-YENILƏNİB

Font

Gürcüstanda koronavirusa görə fövqəladə vəziyyət elan edilib.

Bununla əlaqədar Prezident Salome Zurabişvili müvafiq fərman imzalayıb.

12 maddəlik sənədə əsasən, ölkə ərazisində bir sıra konstitusion haqlar koronavirusla mübarizə məqsədi ilə məhdudlaşdırılıb.

Qeyd edək ki, fövqəladə vəziyyət aprelin 21-dək bir ay müddətində davam edəcək.

***

Gürcüstanda koronavirusla bağlı fövqəladə vəziyyət elan olunub.

Bunu ölkənin baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

O deyib ki, bu vəziyyət aprelin 21-dək qüvvədə olacaq.

Baş nazir artıq ölkədə fövqəladə vəziyyətin elan olunması ilə bağlı Gürcüstan prezidenti Salome Zurabişviliyə müraciət edib.

Gürcüstanda bu vəziyyətin elan olunması üçün parlamentin dəstəyi tələb olunur. Qanunverici orqan bu gün xüsusi iclas keçirəcək.