:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ermənistanda koronavirusa yoluxanların sayı 115 nəfərə çatıb

Font

Ermənistanda koronavirusa yoluxanların sayı artıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan "Facebook”da bildirib.

O deyib ki, ölkədə daha 5 nəfər koronavirusa yoluxub.

Nazirlik rəsmisi qeyd edib ki, bununla da Ermənistanda koronavirusa yoluxmuş şəxslərin sayı 115-ə çatıb.

Xatırladaq ki, Ermənistanda koronavirus pandemiyası ilə əlaqədar martın 16-dan aprelin 14-ə kimi fövqəladə vəziyyət elan edilib.