:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Deputat Anar Məmmədov: “Azərbaycan dövləti istənilən kataklizmlərdən, qlobal iqtisadi böhranlardan qalib çıxmaq əzmində və gücündədir”

Font

"OPEC ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiymətinin kəskin düşməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək”.

Вunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov bildirib.

Deputat əlavə edib ki, bunun səbəbi hər şeydən əvvəl Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətli və şaxələndirilmiş olması, eyni zamanda, bu cür ekstremal vəziyyətlərə qarşı immunitetinin olmasıdır: "OPEC ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi ilə əlaqədar Azərbaycan hökuməti operativ müzakirələr aparıb və neqativ iqtisadi təsirlərin neytrallaşdırılması üçün preventiv tədbirlər planları hazırlanıb. Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı və son illərdə dayanıqlılığın daha da möhkəmlənməsi, ölkə iqtisadiyyatının iqtisadi təlatümlərə hazır olması, iqtisadi inkişafın davamlılığı, əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikasının davam etməsi, büdcə xərclərinin səmərəliliyinin artırılması və optimallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, neftdən asılı olmayan sektorlarda iqtisadi inkişafın xüsusi çəkisinin artması milli iqtisadiyyatımızın immunitetini formalaşdıran əsas iqtisadi faktorlar kimi çıxış edir və iqtisadiyyatımızı bu cür risklərdən qoruyur. Ona görə də ciddi narahatlığa elə bir əsas yoxdur və nəzərdə tutulan bütün layihələrin, xüsusilə də sosial layihələrin həyata keçirilməsində heç bir problemin olması proqnozlaşdırılmır”.

Onun fikrincə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin operativ iclasında dünya bazarında xam neftin qiymətinin aşağı düşməsinin iqtisadiyyata təsirinin müzakirəsi

Azərbaycan hökuməti neqativ iqtisadi təsirlərin neytrallaşdırılması üçün preventiv tədbirlər planlarına malikdir: "Bu gün ölkə iqtisadiyyatına təsir edə biləcək iki əsas amil var - koronavirus epidemiyası və OPEC+ sövdələşməsinin baş tutmaması. Amma nəzərə alsaq ki, Azərbaycan kiçik bir ölkədir və qlobal böhrana dərhal yaxalanması da o qədər real vəziyyət deyil, buna görə də bizim indi qarşımızda duran əsas məsələ bu böhrandan yayına bilmək, eyni zamanda şaxələndirilmiş siyasət yürüdərək gəlir mənbələrinin sayını artırmaqdır. Bu gün ölkəmizin iqtisadiyyatı görülmüş tədbirlər nəticəsində 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. 2014-2016-cı illərdə neftin qiymətində müşahidə olunan volatilliyə nəzər salaraq demək olar ki, o zaman neftin qiymətinin 140 dollardan 30 dollara qədər düşməsi qeydə alınmışdı: Bu, kəskin volatillik idi. Buna nisbətdə bu gün müşahidə edilən dəyişiklik o qədər də böyük deyil. Təbii ki, bu illər ərzində Azərbaycan iqtisadiyyatının da neftin qiymətindən asılılığı kəskin şəkildə azalıb. Bu, əlbəttə ki, dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsində mümkün olub. Bu gün Azərbaycan iqtisadiyyatı kifayət qədər dayanıqlıdır”.


Anar Məmmədov bildirib ki, neftin qiymətinin düşməsi 2020-ci ilin dövlət büdcəsinin gəlirlərinə və xərclərinə təsir imkanları barədə qeyd edərkən ilk öncə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi, şübhəsiz, Azərbaycanın da gəlirlərinin azalmasına gətirib çıxarır: "Təbii ki cari ildə də dövlət büdcəsinə nəzər salsaq görərik ki, büdcə gəlirlərinin əsas mənbəyi Dövlət Neft Şirkətinin və neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişləridir. Dövlət Neft Şirkətinin gəlirlərinin formalaşmasında da böyük hissəni daxili bazarda yaranan gəlirlər təşkil edir. Buna görə də neftin qiymətinin aşağı düşməsi buna təsir etmir. Neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişlərinə gəlincə isə, əlbəttə ki, neftin qiyməti endiyinə görə, müvafiq olaraq onların vergi ödənişləri azala bilər. Lakin burada da vəziyyət kifayət qədər normaldır”.

Deputat Azərbaycanın strateji valyuta ehtiyatlarının 52 mlrd. dolları ötdüyünü xatırladıb. O bildirib ki, bu ilin yanvar ayında da strateji valyuta ehtiyatlarının artması davam edib. Valyuta ehtiyatları 2% artaraq 52 mlrd. dolları ötüb. Son 16 il ərzində Azərbaycan öz iqtisadiyyatını 3,4 dəfə artıra bilib. Yoxsulluq səviyyəsi 50%-dən 4,8%-ə endirilib: "Hazırda da ölkədə iqtisadi inkişafın davamlılığı təmin edilir. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə müsbət inkişaf dinamikası davam edir. Belə ki, 2020-ci ilin yanvar-fevral aylarında qeyri-neft ÜDM-i 6,7%, ÜDM isə 2,8% artıb, inflyasiyanın səviyyəsi 2,8% təşkil edib”.

Onun sözlərinə görə, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

"Hazırda Azərbaycanın xarici dövlət borcunun onun ümumi daxili məhsuluna (ÜDM) nisbəti 17%-dir. Amma burada xarici valyutada dövlət zəmanəti ilə digər qurumların götürdüyü borc üzrə müəyyən şərti öhdəliklər nəzərə alınmır. Əgər nəzərə alınsa, borc-ÜDM nisbəti 19%-dən aşağıdır, o zaman qarşıya qoyulan məqsədlərə ardıcıl sürətdə nail olmaq iqtidarındayıq”, - deyə deputat qeyd edib.

Anar Məmmədov xatırladıb ki, son 10 ildə Azərbaycan dünyada iqtisadi artım tempinə görə ön sıralarda qərar tutub: "Uğurla həyata keçirilən neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına infrastruktur modernləşdirilmiş, qeyri-neft iqtisadiyyatı inkişaf etdirilmiş, sosial rifah yaxşılaşdırılmış, dövlətin balansında olan aktivlər artmış və ÜDM-in həcmini aşan səviyyədə strateji valyuta ehtiyatları yaradılmışdır. 2014-cü ildən başlayaraq neft qiymətlərinin kəskin azalması və ticarət tərəfdaşı ölkələrində iqtisadi böhran nəticəsində ölkədə iqtisadi artım sürətinin yavaşıması, institusional və struktur çağırışlar, tədiyə balansı və qeyri-neft büdcə kəsiri, maliyyə-bank sektorunda baş verən proseslər fonunda Azərbaycanda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti yaranmışdır. Davamlı inkişafı təmin edəcək yeni "avanqard" sektorların üzərində fokuslanmaqla, iqtisadiyyatın strukturu qeyri-ticari bölməyə nisbətən ticari bölmənin, hasilata nisbətən emalın, dövlət sahibkarlığına 5 nisbətən özəl sahibkarlığın, aşağı texnologiya tutumlu sektorlara nisbətən yüksək texnologiyalara əsaslan sektorların, aşağıixtisaslı əməyə nisbətən yüksəkixtisaslı əməyə əsaslanan sahələrin, azgəlirli bazarlara nisbətən yüksəkgəlirli bazarların və aşağı dəyər yaradan sektorlara nisbətən yüksək dəyər yaradan sektorların daha üstün artımı hesabına yenidən balanslaşacaqdır. Milli iqtisadiyyatın strukturunun yenilənməsi biznes mühitinin daha da yaxşılaşdırılması, ortamüddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiq edilməsi, maliyyə-bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə mümkün olacaq. Bu gün ölkə iqtisadiyyatı görülən tədbirlər nəticəsində 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. Dünyada baş verən neqativ iqtisadi meyillərə baxmayaraq iqtisadiyyatımız inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir. Ötən illərdə olduğu kimi bu il də ölkədə müsbət dinamika davam edir. Belə ki, 2020-ci ilin yanvar-fevral aylarında ÜDM 2,8 faiz, qeyri-neft ÜDM-i isə 6,7 faiz artıb. İnflyasiya cəmi 2,8 faiz təşkil edib”.

Deputatın sözlərinə görə, bu ilin ötən iki ayında vergi daxilolmaları üzrə proqnoz 114,2 faiz, həmçinin qeyri-neft sektorunda 115,9 faiz icra olunub. Büdcəyə proqnozdan əlavə 180 milyon manatdan çox vəsait daxil olub. Vergi daxilolmaları ötən ilin iki ayı ilə müqayisədə 24,5 faiz, həmçinin qeyri-neft sektorunda 24,8 faiz artıb.

"Artıq bir neçə ildir ki, Azərbaycan Respublikası müstəqil bir dövlət kimi özünün yeni siyasi və iqtisadi inkişaf yolunu keçmiş və inzibati idarəetmə ideyalarından imtina etmişdir. Bu da iqtisadi və sosial həyatda zəruri dəyişikliklərə səbəb olmuş, respublikada bazar iqtisadiyyatına keçidi və azad sektorun inkişaf etdirilməsi şəraitini yaratmışdır. Bu isə dövlət büdcəsinin əhəmiyyəti və rolunu heç də azaltmır, lakin onun bazar iqtisadiyyatı və sosial şəraitə uyğun olaraq bazar iqtisadiyyatı tələblərinə cavab verə biləcək səviyyədə inkişaf etdirilməsi zərurətini irəli sürür. Hal-hazırda respublikamızda büdcə xərclərinin çox geniş şəbəkəsi fəaliyyət göstərir. Olduqca zəruri olan geniş istiqamətdə mövcud olan ən ciddi problem büdcədən maliyyələşdirilmədə qarşıya çıxan çətinliklərdir. İndiki şəraitdə ölkənin milli-ictimai inkişafı prosesində yeni mərhələlər, bəzən çətin dərk edilə bilən, lakin mütləq və zəruri proseslər meydana çıxır ki, bunların da həlli ölkənin sosial və iqtisadi səviyyəsindən asılıdır. Dövlət büdcəsi də bu proseslərin hər biri ilə əlaqədardır” – deyə o əlavə edib.

O bildirib ki, hökumət tərəfindən yalnız istehsal sahələrinin deyil həmçinin xidmət sahələrinin inkişaf etdirilməsi sahəsində də müəyyən addımlar atılmaqdadır: "Məsələn, son illər ölkəmizdə tutiz sahəsinə dövlət diqqətinin artırılması nəticə etibarilə bu sahənin inkişafında sıçrayışların olmasına səbəb olub. Ölkəyə gələn turistlərin sayı və strukturunda müsbət tendensiyalar müşahidə olunur. Turizm sənayesinin dövlət büdcəsində, əhalinin məşğulluğunda və regionların inkişafında əhəmiyyətli rolu müşahidə olunur. Ümumiyyətlə, ölkəmizin iqtisadiyyatı 2008-ci il dünya maliyyə böhranına və böhrandan sonrakı dövrlərdə əlverişli konyukturun olmasına görə xarici şoklara dayanıqlı oldu. Azərbaycan iqtisadiyyatının dayanıqlığı balanslı dövlət büdcəsi, beynəlxalq ümumi ehtiyat həcminin yığımı, cari əməliyyatlar hesabında əhəmiyyətli müsbət saldo və Neft fondunun vəsaitləri və həmin dövrdə xarici borcların az olması ilə müəyyən edilmişdir. Eyni zamanda böhranqabağı iqtisadi sıçrayış dövrlərdə iqtisadiyyatın və ölkənin büdcə balansının neftə və təbii qaza xarici tələb və onların qiymətlərindən yüksək asılılığı olduğuna görə Azərbaycan inkişaf etmiş ölkələrin iqtisadiyyatından və onların bazar siyasətindən asılı olmasına səbəb olmuşdur. Azərbaycan qlobal böhran şəraitində yüksək artım tempini saxlamaq yalnız neftdən gəlir hesabına deyil həmçinin hökumətin apardığı balanslı effektiv antiböhran tədbirlərinin reallaşdırılması hesabına mümkün olub”.

Deputat əlavə edib ki, makroiqtisadi siyasət adətən 2 istiqamətdə tətbiq edilir. "Monetar və Fiskal. Hər iki istiqamət iqtisadi sabitliyin, ÜDM-in artım səviyyəsinin və resursların tam istifadəsinin qorunub saxlanılması məqsədi ilə istifadə edilir. Mərkəzi Banklar monetar siyasəti müxtəlif mexanizmlər vasitəsi ilə pul təklifini tənzimləməklə tətbiq edirlər. Məsələn, mərkəzi bank istiqraz almaqla pul təklifini artırır və bu da faiz dərəcəsini aşağı endirir. Əksinə sərt pul siyasəti yerinə yetirəcəksə, qiymətli kağızlar satır, pul təklifini azaldır və faiz dərəcəsini azaldır. Adətən bu siyasət pul təklifinə birbaşa yox dolayı yolla təsir edilərək həyata keçirilir. Banklar davamlı olaraq, faiz dərəcəsini sabit saxlamaq məqsədi ilə pul təklifində dəyişikliklər edirlər. Bəzi banklar isə faiz dərəcəsində dəyişiklik etməklə inflyasiya dərəcəsini tənzimləyirlər. Mərkəzi bankların əsas məqsədi yüksək səviyyəli inflyasiya başvermədən istehsalın artırılmasını təmin etməkdir. Monetar siyasət likvidlik tələsində effektsizdir. İnflyasiya və faiz dərəcəsi sıfıra yaxın olduqda, Mərkəzi bank ənənəvi yollarla monetar siyasət həyata keçirə bilmir. Bu zaman qeyri ənənəvi üsullar tətbiq edir: dövlət istiqrazları almaqdansa, korporativ qiymətli kağızlar almaqla istehsalın artımını təmin edir ya da uzunmüddətli istiqrazlar alır və qısa müddətli istiqrazlarını satır. Fiskal siyasət hökumətin dövlət büdcəsinin gəlir və xərclərindən istifadə edərək iqtisadiyyata təsir etməsidir. Bu zaman istifadə edilən iqtisadi alətlərə xərclər, vergilər, borc misal ola bilər. Məsələn, istehsal potensial səviyyəsindən aşağı olduğu zaman dövlət xərcləri boş dayanmış resursların istifadəsinə yönəldilir. Dövlət xərcləri istehsaldakı bütün boşluğu doldurmamalıdır. Çünki multiplikativ effekt hesabına dövlət xərcləri iqtisadiyyata xərcləndiyindən daha çox təsir göstərir. Belə ki, əgər dövlət yol və körpü tikintisinə vəsait ayırırsa, bu istehsalı yalnız körpünün dəyəri qədər artırmır, həm də tikintidə çalışan işçilər öz istehlaklarını (və ya investisiyalarını) çoxaldır və istehsaldakı boşluğu doldurur”, - o bildirib.

Anar Məmmədov deyib ki, Azərbaycan dövləti istənilən kataklizmlərdən, qlobal iqtisadi böhranlardan qalib çıxmaq əzmində və gücündədir: "Azərbaycan daha əvvəllər də, dünyada baş verən qlobal iqtisadi kataklizmlərdən kifayət qədər az, hətta ən minimal zərərlə çıxıb və bunun əsas səbəblərindən biri dayanıqlı iqtisadiyyatın mövcudluğu, o cümlədən qeyri-neft sektorunun inkişafı reallığıdır. Əbəs deyil ki, hətta bu çərçivədə sosial layihələrin icrasının davam etdirilməsi və heç bir sosial layihənin təxirə salınmaması qərarı öz qüvvəsində qalmaqdadır. Sadəcə bir reallığı da anlamalı və ictimai rəyə təbliğ etməliyik ki, belə vəziyyətdə istehlak bazarına ciddi nəzarət olmalı, vətəndaşlar xalq-hakimiyyət birliyindən çıxış edərək məsuliyyət hiss etməli, vəziyyətdən sui-istifadə etməyə çalışanlara, süni qiymət artımına yol verənlərə və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaratmağa cəhd edənlərə qarşı sərt tədbirlərin görülməsi üçün öz iradəsini ortaya qoymalıdır”.

Deputat qeyd edib ki, hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkədə iqtisadi artıma və məşğulluğa mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə olunacaq:

"Bununla yanaşı, istehlak bazarına ciddi nəzarət edilir və vəziyyətdən sui-istifadə etməklə baş verə biləcək süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcək”.

O, valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə zəruri tədbirlərin görülməsi üçün bütün imkanların olduğunu bildirib: "Həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasını təmin edəcək”.