:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

UEFA AVRO-2020 ilə bağlı otel bronlarını ləğv edib

Font

AVRO-2020-nin oyunlarını qəbul edəcək 12 şəhərdən biri olan Danimarkanın paytaxtı Kopenhagendə UEFA tərəfindən otellərdəki bronlar ləğv edilib.

Bu addım iyunun 12-dək iyulun 12-dək keçiriləcək yarışın təxirə salınacağı anlamına gəlir.

Danimarka mətbuatının əldə etdiyi bu məlumat şəhər rəsmiləri tərəfindən də təsdiqlənib. Eyni addımın digər təşkilatçı şəhərlərlə bağlı da atıldığı ehtimal olunur.

Qeyd edək ki, Kopenhagen B qrupunun Danimarka – Finlandiya, Danimarka – Belçika və Danimarka – Rusiya oyunlarına, həmçinin 1/8 final mərhələsinin bir matçına ev sahibliyi edəcək.