:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp: “Peyvənd uğurlu olsa, iyul və ya avqusta qədər koronavirusun qarşısını ala bilərik”

Font

"Koronavirusun yayılmasının qarşısının alınmasında hamımızın kritik rolu var”.

CNN verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə koronavirusla mübarizəyə həsr olunmuş mətbuat konfransında deyib.

ABŞ Prezidenti ölkə vətəndaşlarını bar, kafe və restoranlara getməməyə, habelə zərurət yaranmadığı halda səyahət etməməyə çağırıb.  

D. Tramp qeyd edib ki, artıq koronavirusa qarşı peyvənd sınaqdan keçirilib.

"Bu, tarixdə ən sürətlə hazırlanan peyvəndlərdən biridir. Yaxşı iş görə bilsək, mütəxəssislər iyul və ya avqusta qədər koronavirusun yayılmasının qarşısını ala biləcəyimizi deyir. Nələrin baş verəcəyini görəcəyik. Bəlkə də uzun müddət davam edəcək”, - deyə ABŞ Prezidenti vurğulayıb.