:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanın Qətərdəki səfirliyində koronavirusla əlaqədar “qaynar xətt” yaradılıb

Font

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qlobal pandemiya elan olunmuş koronavirus (COVID-19) infeksiyasının dünyada, o cümlədən Qətər Dövlətində sürətlə yayılması tendensiyası nəzərə alınaraq, Azərbaycan Respublikasının bu ölkədəki səfirliyində "qaynar xətt” yaradılıb.

Bu barədə Trend-ə ölkəmizin Qətərdəki səfirliyindən xəbər verilib.

Bildirilib ki, səfirliyin rəsmi saytında, eləcə də sosial şəbəkələrdəki hesablarında bununla bağlı məlumat paylaşılıb.

Məlumatda qeyd olunub ki, Qətərdə yaşayan soydaşlarımızın koronavirusla əlaqədar müvafiq müraciətlərinin operativ cavablandırılması üçün +974 5028 9222 nömrəli "qaynar xətt” fəaliyyət göstərir.