:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Avstraliya əcnəbilər üçün təcrid rejimi tətbiq etdi

Font

Avstraliya hökuməti ölkədə koronavirusun yayılmasına qarşı yeni tədbirlər görür.

Bu barədə Avstraliyanın baş naziri Skot Morrison deyib.

Onun sözlərinə görə, martın 16-dan ölkəyə gələnlərin hamısı 14 gün müddətində özlərini təcrid etmək üçün tədbirlər görməlidirlər.

Bazar günü gecə yarısından etibarən xarici limanlara aid olan gəmilər üçün əlavə məhdudiyyətlər tətbiq olunacaq. Baş nazirin sözlərinə görə, bütün dövlət dəniz limanları 30 gün ərzində xarici sərnişin laynerləri üçün bağlı olacaq.

Hökumət başçısı vətəndaşları hərəkət edərkən 1,5 metr məsafə saxlamağa və əl sıxmaqdan, qucaqlaşmaqdan çəkinməyə çağırıb. "Avstraliyalıların normal bir həyat sürməsini istəyirəm. Ancaq ağlınıza güvənmək və yaxın təmaslardan çəkinmək lazımdır", - Morrison deyib.

Avstraliyada 250-dən çox koronavirusa yoluxma qeydə alınıb. Ölkədə bu günə qədər 23 nəfər infeksiyadan sağalıb, 3 nəfər ölüb. Hazırda Avstraliya sərhədi Çin, Cənubi Koreya və İran ərazisindən daxil olanlar üçün bağlıdır.