:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Avstraliyanın Daxili İşlər naziri koronavirusa yoluxub

Font

Avstraliyanın Daxili İşlər naziri Piter Datton koronavirusa yoluxub.

Bu barədə nazir "Twitter”də bildirib.

P. Dattonun sözlərinə görə, onda yeni növ koronavirus (COVID-19) aşkarlanıb və həkimlərin tələbinə uyğun olaraq xəstəxanaya yerləşdirilib.

"Bu gün səhər yüksək hərarət və boğaz ağrısına oyandım. Dərhal Kvinslend ştatının Səhiyyə Nazirliyi ilə əlaqə saxladım, daha sonra COVID-19 testi verdim və testin nəticəsi müsbət çıxdı”, - deyə nazir qeyd edib.