:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Birinci sinfə qəbulla bağlı məktəb seçiminə başlanılır

Font

Təhsil Nazirliyindən verilən məlumata görə, martın 13-ü saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.

Qeyd edək ki, I sinfə elektron qəbula martın 10-u saat 11:00-dən etibarən start verilib. 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.