:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gürcüstan XİN: “Azərbaycanla dövlət sərhədinin delimitasiya prosesi davam edir”

Font

"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesi davam edir”.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.

"Hazırda delimitasiya prosesi davam edir. Dövlət sərhədinin delimitasiyası uzun bir prosesdir. Bu, ikitərəfli səviyyədə baş verir və sərhədin bütün perimetri üzrə hər iki ölkənin razılığı tələb edilir. Sərhədlərin delimitasiyası ilə bağlı qonşu ölkələrlə aparılan danışıqlar zamanı Gürcüstan tərəfi hər zaman ölkənin milli maraqlarını və ikitərəfli razılığın əldə edilməsinin zəruriliyini rəhbər tutur”, - deyə qeyd edilib.

Gürcüstan XİN məsələ ilə bağlı insanları emosional bəyanatlar yaymaqdan çəkinməyə çağırıb.