:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Çempionlar Liqası və Avropa Liqasının taleyinə martın 17-də aydınlıq gələcək - RƏSMİ

Font

UEFA dünyanı bürüyən koronavirus epidemiyasının yaratdığı çətin vəziyyətdən çıxış yollarının müzakirə olunacağı tarixi açıqlayıb.

Qurum martın 17-də milli assosiasiyaların nümayəndələri ilə videomüşavirə təşkil edəcək.

Həmin görüşdə həm daxili, həm də qitəmiqyaslı turnirlərin taleyi müzakirə olunacaq. Tədbirdə 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək AVRO-2020-nin, həmçinin Çempionlar Liqası və Avropa Liqası ilə bağlı müzakirələr aparılacaq.