:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Oqtay Əsədov Milli Məclisin bu komitəsinə üzv olacaq

Font

Milli Məclisin keçmiş sədri Oqtаy Əsədovun üzv olacağı komitə müəyyənləşib.

"Report"un xəbərinə görə, parlamentin sabiq sədri Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində fəaliyyət göstərəcək.

Məsələ qanunverici orqanın martın 13-də keçiriləcək iclasında müzakirə ediləcək və qərar veriləcək.

Həmin komitənin sədri Ziyаfət Əsgərovdur.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü O.Əsədov 2000-ci ildə Milli Məclisin deputatıdır. O, 2005-2020-ci illərdə parlamentin sədri olub.