:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanın İtaliyadakı Səfirliyi bu ölkədən qayıtmaq istəyən vətəndaşlarımıza müraciət edib

Font

Azərbaycanın İtaliyadakı Səfirliyi bu ölkədən qayıtmaq istəyən Azərbaycan vətəndaşlarına müraciət edib.

Səfirlik İtaliyadakı epidemioloji vəziyyətlə əlaqədar İtaliyadan qayıtmaq istəyən Azərbaycan vətəndaşlarından təcili olaraq, Səfirliyin elektron poçt ünvanlarına ([email protected]; [email protected]) aşağıdakı məlumatları təqdim etmələrini xahiş edir:

1. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;

2. Viza və ya İtaliyada yaşama icazəsini təsdiq edən sənədin surəti;

3. Əlaqə məlumatları (telefon, e-mail və yaşadığı ünvan).

"Nəzərinizə çatdırırıq ki, Azərbaycana qayıdacaq şəxslər iki həftə müddətinə karantin rejimində saxlanılacaq və onlardan karantin rejiminin tələblərinə riayət etmələri tələb olunacaq”, - deyə müraciətdə bildirilib.