:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya Dövlət Duması Konstitusiyaya dəyişikliklərlə bağlı qanunu qəbul edib

Font

Rusiya Dövlət Duması Konstitusiyaya dəyişikliklərlə bağlı Prezident Vladimir Putin tərəfindən parlamentə təqdim olunan qanun layihəsini III oxunuşda qəbul edib.

Dumanın bu gün keçirilən plenar iclasında konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunaraq səsverməyə çıxarılıb.

Qanun layihəsinin lehinə 383 nəfər səs verib, 43 nəfər isə bitərəf qalıb. Qanun layihəsinin əleyhinə səs verən olmayıb.

Qanun layihəsi təsdiq üçün Rusiya Federasiya Şurasına göndərilib.

Federasiya Şurasının təsdiqindən sonra qanun layihəsi imzalanmaq üçün Rusiya Prezidentinə təqdim olunacaq.