:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Çempionlar Liqası və Avropa Liqasının oyunları dayandırıla bilər

Font

Çempionlar Liqası və Avropa Liqası turnirləri başa çatdırılmaya bilər.

UEFA rəhbərliyi koronavirus üzündən avrokubokların dayandırılması variantını nəzərdən keçirir.

Turnirlərin 1/4 final mərhələsindən dayandırılmasını götür-qoy edilir. Hazırda Çempionlar Liqası və Avropa Liqasında 1/8 final mərhələsinin oyunları keçirilir. 1/4 finalın ilk oyunları aprelin 7-9-da, cavab matçları 14-16-da baş tutmalıdır.

Artıq 1/8 finalın bəzi oyunlarının tamaşaçısız keçirilməsi barədə qərar qəbul olunub. Çempionlar Liqasında PSJ (Fransa) – "Borussiya” (Dortmund, Almaniya), "Barselona” (İspaniya) – "Napoli” (İtaliya) və "Valensiya” (İspaniya) – "Atalanta” (İtaliya), Avropa Liqasının "İnter” (İtaliya) – "Xetafe” (İspaniya), "Olimpiakos” (Yunanıstan) – "Vulverhempton” (İngiltərə), "Sevilya” (İspaniya) – "Roma” (İtaliya) qarşılaşmaları boş tribunlar önündə təşkil olunacaq.

Qeyd edək ki, 110 mindən artıq insanın yoluxduğu koronavirusdan 3,8 mindən çox adam ölüb.