:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Türkiyə XİN başçısı: “Miqrant məsələsində pul dalınca qaçmırıq”

Font

"Brüsseldə keçirilən görüşdə Türkiyə Prezidenti Avropa İttifaqının verdiyi vədə əməl etmədiyini söyləyib”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Anadolu” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, Aİ dürüst şəkildə hərəkət etməlidir, çünki Aİ-nin Türkiyəyə daha çox ehtiyacı var: "Biz pul dalınca qaçmırıq. 2016-cı ilin şərtləri ilə müqayisədə suriyalı qaçqınların ehtiyacları da dəyişib. Artıq Türkiyənin başını qatmaq dövrü tamamilə başa çatıb”.

Nazir qeyd edib ki, suriyalı qaçqınlar Türkiyə-Yunanıstan sərhədinə yığışından sonra Aİ rəhbərliyi məsələnin ciddiliyinin fərqinə varıb: "Doqquz ildir ki, biz Türkiyədə bu yükü çəkirik. Avropa İttifaqının yeni rəhbərliyi Türkiyənin çəkdiyi yükün fərqindədir”.