:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Millət vəkilləri koronavirusla bağlı həkim müayinəsindən keçiblər

Font

Millət vəkillərinin koronavirusla bağlı həkim müayinəsindən keçmə prosesi bu gün yekunlaşıb.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, artıq bir neçə gündür, Milli Məclisdə koronavirusla bağlı tədbirlər aparılır: "Millət vəkillərinin hamısı test və müayinə olunub. Deputatların çoxu dünən Milli Məclisə çağırılıb və müayinədən keçib. Müayinədən keçməyən deputatlar isə bu gün Milli Məclisə dəvət olunublar. Artıq proses yekunlaşıb”.