:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Abşeron yarımadasında dumanın yaranma səbəblərini açıqlayıb

Font

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasında dumanın müşahidə olunmasının səbəblərini açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, bugün səhər saatlarından başlayaraq, Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Görünüş 700, bəzi yerlərdə 200 metrədək məhdudlaşıb. Nisbi rütubət də 91 faiz civə sütunu olub.

Duman az qradiyentli atmosfer təzyiqi sahəsində zəif cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin sahilyanı ərazilərə yayılması fonunda yaranıb. Bu meteoroloji hadisə hazırda nəinki Abşeron yarımadası, həm də Xəzərin şimal akvatoriyasını əhatə edir. Duman adətən səhər və gecə saatlarında su hövzələrinin üzərində və çökəkliklərdə yaranır. Bu meteoroloji hadisə nisbətən isti səthə enən soyuq hava kütlələri ilə əlaqədardır.

Qeyd edək ki, dünən havanın temperaturu iqlim normasını 5 dərəcəyədək aşaraq 17 dərəcə olub. Gecə saatlarında yer səthi tədricən soyuduğuna görə havanın aşağı qatlarının da soyumasına səbəb olub.

Nəticədə nisbətən isti və soyuq hava kütlələrinin qarşılaşması dumanın yaranması üçün əlverişli şərait yaradır. Adətən dumanın yaranması inversiya ilə izah olunur.