:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

VTB: Koronavirus təhlükəsi Azərbaycan və Rusiya arasındakı işgüzar fəallığa təsir göstərmir

Font

Bugünkü gün koronavirusun Azərbaycanla Rusiya arasında iqtisadi fəallığa hər hansı bir təsiri müşahidə olunmur.

Bunu VTB (Azərbaycan) bankının İdarə heyətinin sədri Yevgeni Kirin 2019-cu il üzrə fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, koronavirusun yayılması problemi bankın fəaliyyətinə heç cür təsir göstərməyib. Sədr virusun iki ölkə arasında işgüzar fəallığa təsir göstərmədiyinə əminliyini ifadə edib:

"Təbii ki, biz virusun qarşısının alınması üçün bəzi preventiv tədbirlər görürük, amma işimizə heç biri ciddi təhdid yoxdur və gözlənilmir”.